REGİONLAR


Abşeronlular qan xəstəliklərindən əziyyət çəkənlərə yardım ediblər

Xırdalan, 6 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə Abşeron Rayon Uşaq Poliklinikasında növbəti könüllü qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Qanvermə aksiyasında 200 nəfərdən artıq insan qan verib. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən aksiyanı əhali razılıqla qarşılayıb. Sakinlər belə aksiyaların humanist bir addım olduğunu və talassemiya xəstəliyindən əziyyət çəkən insanlara qan verməkdən məmnun olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.