REGİONLAR


Abşeronun Məmmədli kəndindəki məscidin təmiri yekunlaşır

Xırdalan, 29noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Məmmədli kəndindəki məsciddə əsaslı təmir-bərpa işləri aparılır. Rayonun maddi-mədəniyyət abidələrinin, müqəddəs ocaqlarının bərpası ilə bağlı xüsusi plana uyğun olaraq başlanılan təmir işlərinin artıq böyük hissəsi başa çatmaq üzrədir. 1819-cu ildə inşa edilmiş Məmmədli kənd məscidi sovet dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Məscid sonuncu dəfə 1984-cü ildə təmir edilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 28-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Məmmədli kənd məscidində aparılan təmir və bərpa işləri ilə yaxından tanış olub. İcra başçısına görülən işlər barədə ətraflı məlumat verilib.

Sonra İ.Gülməmmədova kənd sakinləri ilə görüşüb. Səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər təşkilatların rəhbərləri və sakinlər iştirak ediblər.

Artıq ənənə halı alan səyyar qəbulların əhəmiyyətini vurğulayan İ.Gülməmmədova məqsədin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu bildirib.

Kənd sakinlərini narahat edən məsələlərlə bağlı sualları cavablandıran icra başçısı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerindəcə həll edilib, digər problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.