REGİONLAR


Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar

Xaçmaz, 9 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyasının təşəbbüsü ilə keçirilən turnirdə komanda hesabında Abşeron idmançıları birinci olublar. Qusarlı cüdoçular ikinci, Siyəzən komandası isə üçüncü yerə çıxıb.

İki gün davam edən yarışda, ümumilikdə, 300-ə yaxın idmançı mübarizə aparıb. Qalib idmançılar medal və diplomlarla təltif olunublar. Yarışların zona mərhələsinin qalibləri ölkə çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycan çempionatının ilk mərhələsi, ümumilikdə, doqquz zona üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.