Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Absurd fikirlər: Serj Sarkisyana xas məntiqsizliyin yaratdığı yalanlar

Absurd fikirlər: Serj Sarkisyana xas məntiqsizliyin yaratdığı yalanlar

Bu günlərdə Azərbaycan Prezidentin cəbhə bölgəsinə səfər edib, Ordunun döyüş hazırlığı ilə tanış olması kütləvi informasiya vasitələrində, siyasi dairələrdə ciddi reaksiya yaradıb. Xüsusilə ermənilər əməlli-başlı təşvişə düşüblər. Prezident İlham Əliyev Azərbaycan Ordusunun gücü, aprel hadisələrinin əsl mahiyyəti və Silahlı Qüvvələrin qarşısında duran vəzifələr haqqında dürüst, obyektiv və nikbin fikirlər söyləyib. Dərhal Serj Sarkisyan jurnalistlərə müsahibə verərək, Azərbaycana növbəti böhtanlarını atmağa başlayıb. Lakin bunu o dərəcədə məntiqsiz və absurd formada edib ki, dediklərinə sadəlövhləri belə inandıra bilməyib. Hiss olunur ki, Ermənistan rəhbərliyi reallıq hissini tamamilə itirərək, rabitəsiz cümlələr quraşdırmaq səviyyəsinə enib. Ancaq vəziyyətin belə olmasının özü region üçün təhlükədir. Çünki bu hakimiyyətin atacağı addımları proqnozlaşdırmaq mümkün deyil. Elə addımlar atıla bilər ki, bütövlükdə region məhvə doğru sürüklənər, qeyri-müəyyənlik maksimum səviyyəyə qalxar.

Pis vərdiş: erməni lideri tərk etmir

Serj Sarkisyanın adətən həqiqətləri təhrif etdiyi hamıya məlumdur. Ancaq o, hər dəfə ağzını açanda, elə absurd və məntiqsiz cümlələr işlədir ki, psixologiyasının yalan danışmaqdan xeyli pozulduğunu görmək olur. S.Sarkisyanın son iki müsahibəsində bu tezisi sübut edəcək kifayət qədər ifadələr vardır. Onun Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələri ilə ön xətdə yerləşən bölgəyə səfəri zamanı verdiyi bəyanatlara reaksiyası son dərəcə qeyri-səmimi və qərəzli bir adam olduğunu göstərir. Başdan-ayağa böhtan və uydurma fikirlərlə dolu olan həmin müsahibələrində erməni lider, ümumiyyətlə, bütün dünya ictimaiyyətini aldatmağa çalışaraq son dərəcə aydın olan faktları saxtalaşdırıb, bununla da onun tam olaraq böhtançı olduğuna şübhə yeri qalmayıb.

Ancaq əvvəlcə Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri zamanı ifadə etdiyi çox obyektiv və maraqlı fikirlərinə nəzər salaq. Dövlət başçısı Ordumuzun vəziyyəti ilə yerində tanış olarkən Ali Baş Komandan kimi öz qiymətləndirmələrini də əsgərlərə çatdırıb. Bu, bütün dünyada qəbul edilmiş normadır. Prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycan Ordusu bölgənin ən güclü Ordusu kimi aprel döyüşlərində zəfər qazandı. Konkret olaraq, 2000 hektar ərazidə nəzarəti ələ keçirdi. Bu o deməkdir ki, “Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək” (bax: Prezident, Ali Baş Komandan İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub / AZƏRTAC, 12 noyabr 2016).

Dövlət başçısı bu kimi uğurların həm Ordunun döyüş qabiliyyətinin daim artması, həm də əsgərlərdə vətənpərvərlik ruhunun yüksək olması ilə bağlı olduğunu qeyd edib. Bununla yanaşı, biz öz torpağımızı qoruyuruq. Lələtəpə də, Şuşa da, Xankəndi də Azərbaycandır. Bu da bizim gücümüzü dəfələrlə artırır, çünki öz torpağını qorumaq Allahdan olan tələbdir. Prezident deyib: “Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi” (bax: əvvəlki mənbəyə).

Aprel döyüşlərinin mühüm nəticələrindən biri kimi ölkə başçısı dünyanın bir daha Azərbaycanın Ermənistanın işğalçı siyasəti ilə heç vaxt barışmayacağına əmin olmasını göstərib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Prezident İlham Əliyev qətiyyətlə ifadə edib: “Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq” (bax: əvvəlki mənbəyə).

Prezident xüsusi vurğulayıb ki, bu reallıqlardan Ermənistanın siyasi rəhbərliyi nəticə çıxarmalıdır. Onlar öz xalqını məhvə aparırlar. Azərbaycan Ordusu son qarış torpaq azad olana qədər mübarizəni dayandırmayacaq. Ölkə rəhbəri həmin bağlılıqda dəqiq söyləyib: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var” (bax: əvvəlki mənbəyə).

Həqiqəti gizlətmək cəhdini Prezident İlham Əliyevin dəmir məntiqi puç edir

Sağlam düşüncə üçün çox dəyərli fikirlərdir, ədalətli mövqedir, onlar həqiqəti əks etdirir. Ancaq, nə yazıq ki, erməni xalqının lideri adlandırılan Serj Sarkisyan belə düşüncədən mərhumdur. Erməni jurnalistə verdiyi müsahibədə o, Azərbaycanın qonşuları ilə daim müharibə aparmağa meyilli olduğunu və bu əsasda hakimiyyəti saxlamaqda maraqlı qüvvələrin mövcudluğunu vurğulayır (bax: "В Баку должны осознать: не получится у них силового решения" / "Голос Армении", 16 noyabr 2016).

Necə olur ki, bu cür ağ yalanlar danışa bilən birisi dövlətə başçılıq edir? Axı, Azərbaycan hansı qonşusuna təcavüz edib, yaxud bu fikrə düşüb? Gürcüstanamı, İranamı, Rusiyayamı, yoxsa Türkiyəyə? Əgər Sarkisyan Ermənistanı nəzərdə tutursa, onda prezident adlanan kəsin adi coğrafiyadan xəbəri yoxdur. Çünki Azərbaycan Ermənistanın bir qarış torpağını belə zəbt etməyib. Əksinə, Ermənistan havadarlarının yardımı ilə bizim 20 faiz ərazimizi hələ də işğalda saxlayır. İnanın, adi jurnalist belə, S.Sarkisyanın bu cür absurd məntiqindən iyrənir!

Məsələnin daha vacib tərəfi isə ondan ibarətdir ki, Ermənistana başçılıq edən adam Prezident İlham Əliyevin aprel hadisələri və ümumiyyətlə, münaqişənin həlli ilə bağlı nə dediyini anlaya bilməyib. Səbəbi bizə məlumdur – o, məntiqi zəif olmaqla yanaşı, Ermənistanın təcavüzünü ört-basdır etmək üçün müxtəlif hoqqalara da əl atır. Azərbaycan Prezidenti qətiyyən demir ki, aprel döyüşlərində Azərbaycan qalib gəldi və bununla onun Ordusunun vəzifəsi bitdi.

Əksinə, ölkə başçısı aydın ifadə edir ki, aprel zəfəri göstərdi ki, Azərbaycan Ordusu hər şərt daxilində qələbə qazanmağa qadirdir və onun qarşısını heç bir qüvvə ala bilməz. Axı, erməni ordusuna dünyanın ən güclü dövlətləri hər cəhətdən yardım edirlər. Bunun müqabilində Azərbaycan Ordusu cəmi bir neçə günə Ermənistan silahlı qüvvələrinin bölmələrini darmadağın etdi, erməni əsgərlər məğlubiyyətin acısını daddılar.

İndi Azərbaycanın dövlət başçısı bütün dünyaya çatdırır ki, biz vəzifəmizin başa çatdığını demirik. Sadəcə, hamı bilsin ki, hətta havadarları ilə bir yerdə Ermənistan ordusu ağır məğlubiyyətdən yaxa qurtara bilməyəcək. Təbii ki, danışıqlarda konstruktiv mövqe tutsa, rəsmi İrəvan bu fəlakətdən qurtula bilər. Deməli, hər şey onların özündən asılıdır. Azərbaycan Ordusu düşmənin işğal edilmiş ərazilərdə yerləşdirilmiş istənilən obyektini məhv etməyə qadirdirsə, deməli, bunun sonucunu ermənilər düşünməlidirlər.

Eyni zamanda, Ermənistan rəhbərliyi Rusiya ilə birgə hərbi qruplaşmalar yaratmağın adını nə qoyur? Rusiya KİV-i bunu belə ifadə edir: Ermənistan və Rusiya özlərinə olan təhlükələrə qarşı birgə hərəkət edəcəklər (bax: məs., Владимир Гундаров. Россия и Армения объединятся войсками / "Независимая газета", 18 noyabr 2016). İmzalanan sənəddə birmənalı qeyd olunur: “bu, tərəflərin hər hansı birinin təhlükəsizliyinə olan təhdidlərə, həmçinin silahlı hücuma adekvat reaksiyaya” qarşı yaradılan qruplaşmadır (bax: əvvəlki mənbəyə).

Azərbaycanın isə nə Rusiyaya, nə də Ermənistana hücum etmək fikri yoxdur. Mütəxəssislər də vurğulayırlar ki, Dağlıq Qarabağ yeni yaradılan hərbi qruplaşmanın mümkün təsir dairəsinə daxil deyil. Bəs onda ermənilər nəyə görə bu məsələni məhz Azərbaycan kontekstində qabartmağa çalışırlar? Görünür, onlar düşdükləri faciəvi durumun fərqindədirlər və erməni cəmiyyətini sakitləşdirməyə çalışırlar. Ancaq bunu S.Sarkisyanın açıq yalanları vasitəsilə həyata keçirməyin mümkünlüyünə inanmaq çox çətindir.

Bunlar bir həqiqəti ortaya qoyur: S.Sarkisyan Ermənistanın işğal etdiyi əraziləri erməni ərazisi kimi təqdim etməyə çalışır. Guya elə həmişə dövlətlərarası sərhədlər işğaldan sonrakı coğrafiyada olub və buna görə də Azərbaycanın hər bir hərbi addımı Ermənistana qarşı aqressiyadır. Bunu demək qədər qəbul etmək də absurddur. Çünki hər kəs bilir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti deyilən bir qurum vardı və o, Azərbaycan SSR-in tərkibində idi. Bəs necə oldu ki, indi orada erməni silahlı qüvvələri var, erməni vətəndaşlar var, ancaq nə azərbaycanlılar, nə də Azərbaycan Ordusu yoxdur? Yəni, bunu sübut etməyə heç ehtiyac da yoxdur. Ehtiyac işğal ərazisindəki terrorçuları və separatçıları heç kəsdən icazə almadan məhv etməyə vardır! Bunun fonunda S.Sarkisyanın bütün dedikləri “...karvan keçər” misalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib