DÜNYA


Əbu-Dabi ən təhlükəsiz şəhərlər siyahısında birinci yerdədir

Əbu-Dabi, 17 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhərləri siyahısında növbəti dəfə birinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, “Numbeo” tədqiqat xidmətinin dərc etdiyi məlumata görə, təhlükəsizliyin səviyyəsi barədə araşdırma cəmi 328 şəhərdə aparılıb və nəticədə birinci üçlüyə Əbu-Dabi, Doha (Qətər) və Kvebek (Kanada) daxil edilib. Daha sonra siyahıda Taypey, Münxen, Dubay, Sürix, Bern, Honkonq və Türkiyənin Əskişəhəri yer alıb.

Ən təhlükəli şəhərlər siyahısında isə ilk onluğa Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika Respublikası), Port-Morsbi (Papua - Yeni Qvineya), üç Cənubi Afrika şəhəri – Pretoriya, Durban və Yohannesburq və üç Braziliya şəhəri – Fortaleza, Salvador və Rio-de-Janeyro daxildir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.