DÜNYA


Əbu-Dabi səhiyyə turizminin mərkəzinə çevriləcək

Əbu-Dabi, 11 oktyabr, AZƏRTAC

Əbu-Dabi əmirliyi regionun səhiyyə və sağlamlıq turizminin aparıcı istiqaməti olmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu niyyətin həyata keçirilməsi üçün Əbu-Dabi Mədəniyyət və turizm Departamenti ilə Amerikanın səhiyyə turizmi Assosiasiyası arasında 10 il müddətinə əməkdaşlıq haqqında anlaşma sazişi imzalanıb.

Amerikanın səhiyyə turizmi Assosiasiyası Əbu-Dabidə səhiyyə turizmini Rusiya, Çin və Körfəz ölkələri istiqamətində irəli çəkəcək. Bu təşkilat həmçinin BƏƏ-nin paytaxtında ofis açmağı və 2019-cu ildə “World Medical Tourism and Global Healthcare Congress”ini təşkil etməyi nəzərdə tutur.

Assosiasiyanın rəhbərliyinin fikrincə, birgə səylər nəticəsində əmirliyin aparıcı səhiyyə mərkəzi kimi statusu qalxacaq. İlk növbədə, kardiologiya, onkologiya və kompleks müayinə sahələri reklam olunacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.