DÜNYA


Əbu-Dabi turistlərin cəlb olunması üçün 500 milyon dirhəm sərf edəcək

Əbu-Dabi, 14 mart, AZƏRTAC

Əbu-Dabi Turizm və Mədəniyyət İdarəsi əmirliyə turistlərin cəlb olunması üçün 500 milyon dirhəm (137 milyon dollar) xərcləyəcək.

AZƏRTAC xəbər verir ki, bu məlumatı idarənin rəis müavini Seyf Səid Qobaş açıqlayıb.

Marketinq proqramının məqsədi – Əbu-Dabinin rəqabətədavamlılığını möhkəmləndirmək və növbəti üç il ərzində aparıcı bazarlarda Əmirliyin turizm imkanları barədə məlumatlılığı artırmaqdır. Bununla əlaqədar, Əbu-Dabi ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Hindistanda bu ölkələrdən turist axınının artırılması üçün təqdimatlar keçirəcək.

Xatırladaq ki, 2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabini 10 milyondan çox turist ziyarət edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.