ELM VƏ TƏHSİL


Əbu-Dabidə XII əsrə aid dünyanın gümüş disk üzərində xəritəsi nümayiş etdiriləcək

Qahirə, 27 fevral, AZƏRTAC 

Əbu-Dabidə XII əsrə aid dünyanın gümüş disk üzərində xəritəsi nümayiş etdiriləcək. Bu nadir eksponat İslam xəritəçəkəni əl-Şərif Əl-İdrisi tərəfindən işlənilib.

AZƏRTAC xəbər verir ki, Əbu-Dabinin Manarat Əl-Saadiyat sərgi mərkəzində keçiriləcək festival çərçivəsində təqdim ediləcək bu unikal tarixi əsər kartoqrafiya elminə böyük töhfə olub. Taxta lövhənin üzərindəki gümüş diskdə təsvir olunmuş xəritədə dünyanın mərkəzi kimi Məkkə şəhəri göstərilib. Unikal əsərin sifarişçisi isə həmin əsrdə Siciliya hökmdarı olmuş II Rocerdir.

Qeyd edilib ki, iki metr eni olan gümüş diskdə olan xəritə orta əsrlər xəritəçəkmə texnologiyasına uyğun şəkildə işlənilib. Əl-İdrisinin “Dünyanı kəşf etmək istəyənlər üçün xəritə” kitabı isə hazırda Oksford Universitetinin Bodleyan kitabxanasında saxlanılır. Onun xəritəsindən üç əsr ərzində səyyahlar istifadə ediblər.

Xəritənin təqdimatı fevralın 28-də britaniyalı tarixçi Cerri Brotton tərəfindən ediləcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.