DÜNYA
Əbu-Dabidə intellektual sistem vandalizmə qarşı mübarizə aparacaq
Əbu-Dabi, 29 iyun, AZƏRTAC
Əmirlik administrasiyası Əbu-Dabi şəhər Planlaşdırma Departamentinin “UnifiedPortalServices” proqramı çərçivəsində vandalizmə qarşı monitorinq üzrə “Rasid” adlı yeni intellektual xidməti işə salib.
AZƏRTAC xəbər verir ki, “Rasid” xidməti şəhər küçələrində ictimai və özəl obyektlərin xarici görkəmini korlayan vandalizm və xuliqanlıq faktlarını aşkar etməyə imkan verən intellektual sistemdir. Bu sistem şəhərin küçələrində vəziyyəti avtomatik rejimdə izləyir, şəkillər çəkir, hadisə məkanının koordinatlarını qeyd edir, daha sonra müvafiq orqanlar tərəfindən araşdırma aparılması və tədbirlər görülməsi üçün həmin hadisə barədə informasiyanı onlara göndərir.
Monitorinq sistemi əhalinin bütün təbəqələri arasında şəhər obyektlərinə hörmətlə yanaşmaq mədəniyyətinin tərbiyə edilməsinə, vətəndaşların sosial məsuliyyətinin artırılmasına və mühüm bələdiyyə obyektlərinin etibarlı şəkildə qorunmasına yönəlib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi