DÜNYA
Əbu-Dabidə ölkə ərazisinə düşən meteoritin axtarışlarına başlanılıb
Əbu-Dabi, 11 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Astronomiya Mərkəzi yerlı sakinlərə martın 5-də “Əl Vathba” rayonunun cənubundakı səhralığa düşən meteoritin axtarışında kömək etmələri üçün müraciət edib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, meteoritin düşməsini iki nəzarət məntəqəsinin kameraları qeydə alıb.
Astronomiya Mərkəzindən bildiriblər ki, meteorit Yer kürəsinin, ayın və ulduzların geoloji tarixinin öyrənilməsi üçün vacib olan, yaşı günəş sisteminin yaşından çox ola biləcək hissəciklərdən ibarət ola bilər. Qeyd olunur ki, meteoritin diametri 1-3 santimetrdir və çəkisi iki qramdan 10 qrama qədərdir.
Hal-hazırda astronomlar meteoritin düşmə ehtimalı olan 15 kilometr ərazıdə axtarış aparırlar və ümid edirlər ki, meteorit yolun yaxınlığına düşüb, bu da axtarışları yüngülləşdirə bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]