DÜNYA


Əbu-Dabidə “seyrçi” sürücülər cərimələnəcəklər

Əbu-Dabi, 11 iyul, AZƏRTAC

Əbu-Dabi polisi yol qəzalarına tamaşa etməyi xoşlayan sürücülər üçün yeni cərimə tətbiq edib.

AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, təcili yardım karetalarının yol-nəqliyyat hadisəsi baş vermiş yerə gedişini cətinləşdirən və bütün nəqliyyat axınını ləngidən sürücülər 1000 dirhəm (273 ABŞ dolları) məbləğində cərimə ödəməli olacaqlar.

Əmirliyin Nəqliyyat Departamentinin direktoru Al-Ayn Əhməd əl-Züveydi bildirib ki, yol-nəqliyyat hadisəsi baş vermiş ərazidə nəqliyyat vasitələrini tormozlamaq və hadisəyə tamaşa etmək kimi qeyri-sivil davranış adəti yol hərəkətinin digər iştirakçılarının həyatı və sağlamlığı bahasına başa gələ bilər. Onun sözlərinə görə, qəza yerlərinin yaxınlığında sürəti azaltmaq qadağan edilir, çünki belə hərəkətlər xilasetmə xidmətlərinin gediş gəlişini çətinləşdirir, bu isə yeni yol qəzalarına səbəb ola bilər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.