DÜNYA


Əbu-Dabidə vətəndaşlara yardım üçün 5 milyard dollar ayrılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Əbu-Dabi əmirliyinin hakimiyyət orqanları ölkənin əsasının qoyulmasının ildönümü münasibətilə vətəndaşlara 18,3 milyard Birləşmiş Ərəb Əmirlikləri dirhəmi (5 milyard dollar) məbləğində iqtisadi yardım ayrılıb.

AZƏRTAC “The National” nəşrinə istinadla xəbər verir ki, yardıma hazır ev və torpaq sahəsi almaq üçün kredit də daxildir. Yardımdan 12 mindən çox insanın faydalana biləcəyi gözlənilir. Əbu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bildirib ki, bu addım “sosial sabitliyin və vətəndaşların layiqli yaşayışının təmin olunmasına” yönəlib.

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı hər il dekabrın 2-də qeyd olunur. 1971-ci ilin həmin günü Əbu-Dabi başda olmaqla 6 əmirlik arasında müstəqil dövlət qurulması barədə razılıq əldə edilib. Bir il sonra onlara Ras-əl-Hayma əmirliyi də qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.