Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əbu-Dabidən Davosa - Azərbaycan dünya biznes elitasının diqqətində

Əbu-Dabidən Davosa - Azərbaycan dünya biznes elitasının diqqətində

Bakı, 23 yanvar, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərdən sonra Azərbaycan regional ölkədən beynəlxalq aktora çevrilmək istiqamətində stabil surətdə və inamla irəliləyir. Bu irəliləyiş təkcə hərbi-siyasi müstəvidə baş vermir. İqtisadi və xüsusən də biznes və kommersiya maraqlarımız da beynəlxalq səviyyədə inkişaf etməkdədir. Azərbaycanın siyasi əhəmiyyət və iqtisadi qüdrət baxımından təkamülü dünya biznes dairələrinin diqqətini ölkəmizə çəkir. Bu yeni şəraitdən doğan fürsətləri və üstünlükləri praktik baxımdan gerçəkləşdirmək üçün ölkəmizin biznes və kommersiya maraqlarının beynəlxalq səviyyədə təmin edilməsi məqsədi Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət xəttində özünəməxsus yer tutur. Bunu son günlərdə dünyanın biznes və siyasi elitalarının bir araya gəldiyi iki olduqca mühüm qlobal tədbirdə Azərbaycan Prezidentinin fəal iştirakı, faktiki və potensial tərəfdaşlarla səmərəli və effektiv təmaslar qurması və danışıqlar aparması bariz surətdə təsdiq edir: 16 yanvarda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında açılmış Əbu-Dabi Dayanıqlılıq Həftəsi və 17 yanvarda İsveçrədə işə başlamış Davos Dünya İqtisadi Forumu.

Bu fikirlər Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Əbu-Dabidən Davosa - Azərbaycan dünya biznes elitasının diqqətində” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Prezident İlham Əliyev yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış etdi. Bu səfər ikitərəfli münasibətlərin strateji əhəmiyyətini göstərməklə yanaşı, beynəlxalq Dayanıqlıq Həftəsi vasitəsilə mühüm beynəlxalq auditoriyaya Azərbaycanın iqtisadi potensial və nailiyyətləri barədə reallıqları çatdırmaq və yeni tərəfdaşları cəlb etmək baxımından vacib xarakter daşıyır. Çünki Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır və bu hədəfə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Bu il Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edib. Prezident İlham Əliyev tədbirdə iştirakı zamanı diqqəti Azərbaycanın bərpaolunan enerji sahəsində potensialına və bu istiqamətdə həyata keçirilən layihələrə cəlb edib. O bildirib ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi ölkəmizin əsas planlarından biridir.

Prezident İlham Əliyevin qatıldığı digər mühüm tədbir isə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı oldu. Bu Forum dünyada iqtisadiyyat sahəsində ən nüfuzlu tədbir hesab olunur, dünyanın siyasət və biznes elitasının bir araya gəldiyi və dünya iqtisadiyyatının gələcək istiqamətlərinin formalaşdırılmasında mühüm rola malik əsas mərkəz sayılır. Prezident İlham Əliyev Davos Forumunda müntəzəm surətdə iştirak edir və bu artıq bir ənənəyə çevrilib. Bir çox ölkələr, o cümlədən Ermənistan Davos Forumunda müntəzəm və fəal iştirak etmir. Bunun başlıca səbəbi odur ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən dövlət başçıları və biznes liderləri oraya real təkliflərlə gəlir, ciddi müzakirələr aparır, tərəfdaşlıqlar qururlar və ya artıq mövcud münasibətləri inkişaf etdirirlər. Azərbaycan məhz o ölkələrdəndir ki, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri və ölçülüb-biçilmiş siyasəti sayəsində dünyanın biznes, iqtisadiyyat və siyasət sahəsində güc mərkəzlərinin diqqətini çəkib və onların maraq dairəsindədir.

Prezident İlham Əliyevin Davosda dövlət başçıları və biznes liderləri ilə keçirdiyi çoxsaylı görüşlər bunu təsdiq edir. O, “Damen Shipyards Group”,”CISCO”, “Fortesque Futurs Industries”, “The Goldman Sachs Group”, “Kromatix SA”, “Signify”, “Carlsberg Group” kimi nəhəng qlobal şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bundan əlavə, dövlətimizin başçısı İlham Əliyev Litva və Latviya prezidentləri, Monteneqronun Baş naziri, BMT-nin Məskunlaşdırma Proqramının icraçı direktoru ilə müzakirələr aparıb, Dünya İqtisadi Forumunun panel və dəyirmi masa iclaslarında çıxış edib. O, bütün bu tədbirlərdə Azərbaycan-Ermənistan münasibətləri və digər məsələlərlə yanaşı, dünya biznes dairələrinin və iqtisadi elitasının diqqətini Azərbaycanın iqtisadi potensialına və yeni tərəfdaşlıqlar qurulması imkanlarına yönəldib.

Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə hazırda beynəlxalq gündəmdə olan siyasi mövzulara və iqtisadi layihələrə böyük yer verilib. Eyni zamanda, Çın-Azərbaycan ikitərəfli münasibətlərindən, xüsusən də iqtisadi-kommersiya layihələrindən və bu istiqamətdəki perspektivlərdən bəhs edilib.

Beləliklə, istər Əbu-Dabi Dayanıqlılıq Həftəsində, istərsə də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilmiş bütün tədbir və görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev dünya biznes elitasının diqqətini Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və müştərək layihələr həyata keçirmək mövzusuna çəkməyə müvəffəq olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI