CƏMİYYƏT


Əbubəkr Şahin: Türkiyə Ali Radio və Televiziya Şurası Azərbaycanın Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ali Radio və Televiziya Şurasının (RTÜK) sədri Əbubəkr Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, Səbinə Əliyeva Azərbaycan və Türkiyə arasında sıx dostluq və qardaşlıq münasibətləri barədə danışıb, qardaş ölkənin Vətən müharibəsi zamanı göstərdiyi mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. S.Əliyeva qonaqları Azərbaycan ombudsmanının mandatı, o cümlədən informasiya əldə etmək hüququnun təmini ilə bağlı səlahiyyətləri barədə məlumatlandırıb.

Öz növbəsində Ə.Şahin görüşün təşkilinə görə ombudsmana təşəkkürünü bildirib, təmsil etdiyi qurumun səlahiyyətləri və informasiya hüququnun təmini sahəsində iş təcrübəsi barədə geniş məlumat verib. Qonaq Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini yaxından izlədiklərini, birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüş zamanı tərəflər arasında media sahəsi, informasiya əldə etmək hüququnun təmini, jurnalistlərin insan hüquqları sahəsində maarifləndirilməsi, habelə digər gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.