MƏDƏNİYYƏT


Əbülfəs Qarayev: Geniş islahatlar aparılacaq, ancaq insanların öz işlərini itirməsindən söhbət gedə bilməz

Bakı, 8 fevral, AZƏRTAC 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz şəhərində vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında deyib.

Bildirib ki, aparılacaq islahatlarda, ilk növbədə, insan faktoru diqqətdə saxlanılacaq. “İnsanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, ümumilikdə, işin səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə nazir qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.