Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Əbülfəs Qarayev: Milli Kitabxana ölkəmizin bilik xəzinəsidir

Milli Kitabxananın 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş “Milli Kitabxanalarda innovasiyalar- dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabxanada reallaşan konfransa bir sıra ölkələrin milli kitabxanalarının təmsilçiləri də qatılıblar.

Konfransı giriş nitqi ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi qurumun keçdiyi inkişaf yolundan söz açıb. Prezident İlham Əliyevin Milli Kitabxananın inkişafına göstərdiyi diqqət və qayğıdan danışan natiq rəhbəri olduğu qurumun kollektivi adından ölkə başçısına təşəkkür edib.

Konfrans iştirakçılarını salamlayan mədəniyyət naziri Əbülfəs Qarayev Mili Kitabxanada təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Milli Kitabxanada reallaşan tədbirlər hər zaman ictimaiyyətdə müsbət əks-səda doğurur.

Konfransın mövzusuna diqqət çəkən Ə.Qarayev deyib ki, bu gün kitab dünyası böyük sınaq dövrünü yaşayır. Müasir dövrdə kitab və kitabxana sisteminin inkişafında innovativ tətbiqin vacibliyini qeyd edən nazir, bu yöndə dünyanın aparıcı kitabxanalarının qarışlıqlı əməkdaşlıq və təcrübə mübadilələrinin önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, Milli Kitabxana - kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən dövlət kitabsaxlayıcısıdır.

“Bu gün ölkəmizdə fəaliyyət göstərən kitabxanalardakı kitabların sayı milyonlarladır. Milli Kitabxanada da beş milyondan artıq kitab saxlanılır. Bir il ərzində 3 milyonadək insan kitabxananın saytına baxıb. Milli Kitabxananın funksiyası fərqlidir. Bu gün kitabxananın inkişafı üçün hər şeydən öncə müasir standartlara cavab verən mübadilə proqramı olmalıdır. Milli Kitabxana bu baxımından özünün inkişaf dövrünü yaşayır. Bu kitabxanada ALISA proqramı tətbiq olunur. Kitabxana işində ən başlıca meyarlardan biri də biblioqrafik fəaliyyətdir. Milli Kitabxana bu istiqamətdə işini olduqca yaxşı qurub. Milli Kitabxana ölkəmizin bilik xəzinəsidir. Kitabxananın əməkdaşları da bu illər ərzində böyük işlər görüblər. Mədəniyyətimizin dünyadakı təbliğində onların da xidmətlərini qeyd etməliyik. Mən 95 illik münasibətilə bütün kitabsevərləri və Milli Kitabxananın bütün əməkdaşlarını təbrik edirəm”, - deyə Ə.Qarayev vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə möhtəşəm konfransın Milli Kitabxananın 95 illiyinə həsr edilməsi olduqca əlamətdardır. Kitab və kitabxananın insanın bilik və mənəviyyatının zənginləşməsindəki rolundan bəhs edən G.Əfəndiyeva Milli Kitabxananın fəaliyyətini yüksək dəyərləndirib. “Milli Kitabxana aktiv fəaliyyəti ilə hər zaman müxtəlif ölkələrdə təşkil edilən sərgilərdə ölkəmizi və onun mədəniyyətini layiqli təbliğ edir. Eyni zamanda, türk mədəniyyətini də ölkəmizdə təbliğ edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq Milli Kitabxana ilə çox gözəl əməkdaşlıq əlaqələrimiz var. Bildiyiniz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Prezident İlham Əliyevin təşəbbüsü ilə və 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri tərəfindən imzalanmış Nizamnaməyə əsasən yerləşmə yeri Bakı şəhəri olmaqla yaradılıb. Bizim məqsədimiz, ilk növbədə, türkdilli xalqları bir araya gətirmək, qardaş ölkələri daha da doğmalaşdırmaqdan ibarətdir. Eyni zamanda, türk dünyasına məxsus zəngin mədəni irsi, zəngin mədəniyyət xəzinəsini dünyaya təqdim etməkdir. Bu istiqamətdə Fond tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bizim üçün sevindirici haldır ki, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli dövlətlərin mədəniyyətinin inkişafı və təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Fondun həyata keçirdiyi layihələr müxtəlif istiqamətliləri əhatə edir. Dahi şəxsiyyətlərin və əlamətdar hadisələrin yaşadılması ilə bağlı kitablar nəşr edirik. Qədim eposlarla “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və “Manas”la bağlı müəyyən tədqiqatlar aparılır və bu ilin sonunadək nəfis tərtibatlı kitabların ərsəyə gəlməsi nəzərdə tutulur. Böyük İpək Yolu, türk dünyası və müxtəlif dünya sivilizasiyası ilə bağlı müxtəlif mübadilə proqramları həyata keçiririk. Bilirsiniz ki, Azərbaycan neçə illərdir işğala məruz qalıb. Torpaqlarımız işğal olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birlikdə böyük bir layihə hazırlayır. Bu layihə işğal olunmuş ərazilərimizdə tarixi abidlərə vurulan zərərləri əhatə edir. Bununla bağlı birinci kitab çap edilib, ikinci kitab da çox güman ki, ilin sonuna qədər hazır olacaq”, - deyə G.Əfəndiyeva vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Milli Kitabxananın fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib, problemlər və qazanılan uğurlardan danışıb. Milli Kitabxananın Mədəniyyət Nazirliyinin ən mühüm elmi-ideoloji, mədəni mərkəzlərdən biri olduğunu deyən İsa Həbibbəyli bildirib ki, kitabxana ölkəmizdə və xaricdə özünün aydın strateji xətti ilə, kitab işinin təşkili baxımdan ölkəmizə yalnız başucalığı gətirib. Milli Kitabxana Azərbaycan dövlətçiliyi, müasir siyasəti, elmi və mədəni həyatı ilə bağlı ən mötəbər tədbirlərin keçirildiyi mərkəzlərdən biridir.

“Milli Kitabxana hər şeydən əvvəl ölkəmizdə kitabxana işinin modelini təqdim edir. Ölkəmizin kitabxana şəbəkəsi öz işini bu kitabxana əsasında qurur, həm yaş etibarı, həm də apardığı iş etibari ilə Azərbaycandakı kitabxana işinin ön sırasındadır. Bura həm də ölkəmizin əsas elmi mərkəzlərindən biridir. Kitabxananın nəşr etdiyi biblioqrafiyalar ölkəmizdə müxtəlif təşkilatlarda, elmi qurumlarda, ali məktəblərdə çap olunan biblioqrafiyaların ən müasir modelini özündə əks etdirir. Bunlar ciddi elmi nəşrlərdir, ölkəmiz üçün çox mühüm mənbələrdir. Bu nəşrlər AMEA-da ciddi elmi nəşrlər kimi qəbul olunur”, - deyə akademik qeyd edib.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və digər natiqlər çıxış edərək konfransın əhəmiyyətindən, Milli Kitabxanada görülən işlərdən, kitabın cəmiyyətə faydasından bəhs ediblər.

Konfrans qarışlıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub