MƏDƏNİYYƏT
Əbülfəs Qarayev: Musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron qaydada aparılacaq
Bakı, 28 fevral, AZƏRTAC
Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev “Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər” forumunda çıxışı zamanı deyib.
Nazir söyləyib ki, şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq. Onun sözlərinə görə, iki ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir.
“Ötən il 500 müəllimin müraciəti qəbul olunub ki, onlardan 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada təmənnasız, pulsuz təhsil almasını dövlət öz üzərinə götürüb”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [14:32]
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
- 20.04.2024 [14:18]
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
- 20.04.2024 [12:03]
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
- 20.04.2024 [10:56]
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
- 20.04.2024 [10:43]
Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
- 20.04.2024 [00:32]
Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub
- 19.04.2024 [22:41]