MƏDƏNİYYƏT


Əbülfəs Qarayev: Növbəti ildə də filmlərimizin bölgələrdə təbliğinə diqqət edəcəyik

Bakı, 29 dekabr, AZƏRTAC

Bu gün ölkədə kino sahəsi böyük biznesə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, biznes sahəsi ilə məşğul olan şirkətlər kino çəkilişi sənayesinə diqqət yetirməli və kino şəbəkəsinin genişlənməsinə öz töhfələrini verməlidirlər.

Nazir deyib: “Nazirlik ölkədə nümayiş olunan xarici filmlərin qeydiyyatını aparacaq. Hər bir film ölkənin mənəvi dəyərlərinə zidd olmamalıdır. Eyni zamanda, növbəti ildə də filmlərimizin bölgələrdə təbliğinə diqqət edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.