DÜNYA


Abunəsiz “Microsoft Office” paketi gələn il əlçatan olacaq

Bakı, 25 sentyabr, AZƏRTAC

"Windows" və "macOS" üçün abunəsiz "Office" ofis proqramları paketi 2021-ci ildə əlçatan olacaq. "Microsoft"dan verilmiş məlumata əsasən, yeni paket üçün müddətsiz lisenziyanı gələn ilin ikinci yarısında birdəfəlik ödəniş vasitəsilə satın almaq mümkün olacaq.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, indi yalnız "Microsoft 365"ə (əvvəlki "Office 365") abunə olmaqla "Office"in ən yeni versiyalarına giriş əldə etmək mümkündür. Abunəyə son funksiyalara malik "Word", "Excel", "PowerPoint", "Outlook" və başqa proqramlara tam giriş, "OneDrive" bulud sistemində 1 TB, "Skype"da mobil və şəhər telefonlarına 60 dəqiqəlik zəng, həmçinin virus və fişinq xarakterli hücumlardan qorunmaq üçün alətlər daxildir.

"Microsoft" hesabını qoşmaqla "Office" paketinin bəzi proqramlarını pulsuz istifadə etmək olar. Ancaq abunədən fərqli olaraq, onları kompüterə quraşdırmaq olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.