Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzinə baxmış, muxtar respublikanın təhsil və mədəniyyət müəssisələri ilə tanış olmuşdur

Naxçıvan, 11 iyun (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası nümayəndə heyətinin bu ilin yanvarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Ali Məclisin sədrinin tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklifi razılıqla qarşılanmışdır.

AZƏRTAC xəbər verir ki, hazırda Acarıstan Muxtar Respublikasından astma-bronxit xəstəliyindən əziyyət çəkən 14 uşaq Duzdağ Fizioterapiya Mərkəzində Naxçıvan Muxtar Respublikasının hesabına 10 günlük müalicə kursu keçir.

İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvana işgüzar səfərə gələn Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə birlikdə Duzdağ Fizioterapiya Mərkəzində olmuş, burada müalicə olunan acarıstanlı uşaqlarla görüşmüşdür.

Məlumat verilmişdir ki, Naxçıvan nadir dərman bitkiləri, şəfa bulaqları və təbii müalicə mərkəzləri ilə zəngin olan bir regiondur. 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzi də bu cür təbii müalicə mərkəzlərindəndir. Son illər əsaslı şəkildə yenidən qurulan bu xəstəxanadakı duz şaxtalarında bronxial astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze uşaqların səhhəti ilə maraqlanmış, onlara hədiyyələr vermiş, tezliklə sağalmalarını arzulamış və xatirə şəkli çəkdirmişlər.

X X X

İyunun 9-da - səfərin ikinci günündə Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzeyə ali təhsil ocağı haqqında məlumat verilmişdir.

Bildirilmişdir ki, 1967-ci ildə yaradılan və 45 ildir fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti bu gün özünün yeni inkişaf mərhələsindədir. Son illər müasir tədris korpusları və meydançaları, idman kompleksi, tələbə yataqxanası, konservatoriya, elektron kitabxana, universitet xəstəxanası, tələbə sosial məişət kompleksi tikilmiş, geniş bir ərazidə zəngin maddi-texniki bazaya malik olan universitet şəhərciyi salınmışdır. Hazırda universitetdə 11 fakültə üzrə 5 minə yaxın tələbə təhsil alır. Onların 222 nəfəri xarici ölkə vətəndaşlarıdır. Naxçıvan Dövlət Universitetinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə geniş əməkdaşlıq əlaqələri vardır. Universitet zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan diyarında yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfə verirlər.

Konservatoriya binasının foyesində universitetin tələbələrinin müxtəlif mövzularda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzenin iştirakı ilə Naxçıvan Dövlət Universiteti ilə Şota Rustaveli adına Batumi Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilmişdir.

Görüşdə hər iki universitet arasında qarşılıqlı elmi əlaqələrin yaradılması məsələləri müzakirə edilmiş, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın həyata keçirilməsi və əlaqələrin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqaviləni Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli və Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru, professor-doktor Alyoşa Bakuridze imzalamışlar.

Müqavilədə müəllimlərin və tədqiqatçıların mübadiləsi, tələbələrin bakalavr, magistratura və doktorantura pillələri üzrə mübadilə proqramının həyata keçirilməsi, birgə təhsil proqramlarının icrası, tədqiqat layihələrinin və universitetlər arasında onlayn kitabxana xidmətinin təşkili, videodərslərin və videokonfransların, mədəniyyət və idman tədbirlərinin keçirilməsi və digər məsələlər öz əksini tapmışdır.

Sonra Naxçıvan Dövlət Universitetinin tələbələri konsert proqramı ilə çıxış etmişlər.

X X X

Həmin gün Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze və onu müşayiət edən qonaqlar Naxçıvan Dövlət Xalça Muzeyində olmuş, nümayiş etdirilən eksponatlara baxmışlar.

Məlumat verilmişdir ki, muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus xalça nümunələri saxlanılır. Muzeyin fondunda 3500-dən artıq maddi-mədəniyyət nümunəsi vardır. Onlardan 323-ü xalçadır. Hazırda ekspozisiyada 308 eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılmışdır. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri vardır. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir. Naxışları sadə, realist və mücərrəd olan xalçalar xalqımızın yaradıcılıq imkanlarının yüksək səviyyəsinin göstəricisidir.

Bildirilmişdir ki, zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda hələ qədim dövrlərdən xalçaçılıq sənətinin inkişafı üçün münbit şərait olmuşdur. Orta əsrlər ərəb müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər. Naxçıvan xalçaları Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirmiş və bu bölgədə xovsuz xalça növü geniş yayılmışdır. Muzeydə Təbriz-Naxçıvan qrupuna aid 150-yə qədər xalça nümayiş etdirilir.

Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

X X X

Acarıstan nümayəndə heyəti səfər çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da olmuşdur.

Məlumat verilmişdir ki, Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malikdir. 1883-cü ildə fəaliyyətə başlamış teatrın repertuarında Azərbaycan ədəbi fikrinin böyük nümayəndələrinin son dərəcə qiymətli əsərləri ilə yanaşı, dünya dramaturgiyasının ən yaxşı nümunələri aparıcı yer tutmuşdur.

Qonaqlar Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin ifasında konsert proqramına baxmışlar.

Konsert başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze ifaçılarla görüşmüş, onları uğurlu çıxışa görə təbrik etmişlər.

Acarıstan Muxtar Respublikası hökumətinin sədri Naxçıvan Dövlət Filarmoniyasının kollektivini Batumidə konsert proqramı ilə çıxış etməyə dəvət etmişdir.

X X X

İyunun 9-da qonaqlar Heydər Əliyev Sarayında olmuşlar.

Bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə tikilən saray 2008-2009-cu illərdə əsaslı şəkildə təmir olunmuşdur. Binada 943 yerlik konsert və 276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Dövlət Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir. İkinci mərtəbədəki 198 yerlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze və digər qonaqlar sarayın üçüncü mərtəbəsində yerləşən Naxçıvan Dövlət Rəsm Qalereyasına da baxmışlar.

Məlumat verilmişdir ki, Naxçıvanda rəssamlıq sənətinə böyük maraq olmuş, XII əsrdə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılan Naxçıvan memarlıq məktəbinin təsiri altında memarlar, rəssamlar, heykəltəraşlar, xəttatlar, nəqqaşlar və digər dekorativ tətbiqi sənət ustaları yetişmişlər. Ötən əsrin əvvəllərində Naxçıvan Azərbaycan təsviri sənətinə milli-realist boyakarlıq janrının banisi Bəhruz Kəngərli kimi böyük rəssam bəxş etmişdir. Bu gün naxçıvanlı rəssamların əsərləri təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrinin sərgi salonlarında da nümayiş etdirilir.

1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Naxçıvan, həmçinin xarici ölkə rəssamlarının 300-dən artıq əsəri nümayiş olunur. Ekspozisiya zalındakı əsərlər Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, Naxçıvan Muxtar Respublikasının bugünkü reallıqlarını dolğun əks etdirir.

 

 

X X X

Sonra Acarıstan nümayəndə heyəti “Əshabi-Kəhf” ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gəlmişdir.

Məlumat verilmişdir ki, Naxçıvan şəhərindən 12 kilometr aralıda yerləşən “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin adı ərəb dilində “mağara sahibləri” deməkdir. Uzun illər bu abidənin dünyanın digər ölkələrində olduğu güman edilirdi. Lakin son dövrlər aparılmış araşdırmalar sübut etmişdir ki, islam dininin müqəddəs kitabı olan Qurani-Kərimin “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində adı çəkilən Əshabi-Kəhf Naxçıvan ərazisindədir. “Əshabi-Kəhf” ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yerləşən məscidin mehrabındakı kitabənin mərkəzi hissəsində də “Əl-Kəhf” surəsinin 9-12 və 17-18-ci ayələri həkk edilmişdir.

Dini-mədəni abidə kompleksində ilk dəfə ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində bu barədə məlumat verən kitabə qoyulmuşdur. Son illər də “Əshabi-Kəhf” ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ərazisində yenidənqurma, bərpa və abadlıq işləri görülmüş, burada zəvvarlar üçün yaxşı şərait yaradılmış, rahat yol salınmış, yolboyu yaşıllaşdırma işləri aparılmış, məscid tikilmişdir. Hər il “Əshabi-Kəhf” ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

Həmin gün qonaqlar Şahbuz Dövlət Təbiət qoruğunda - Batabatda da olmuşlar.

 

 

X X X

İyunun 9-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına iki günlük işgüzar səfəri başa çatmışdır.

Naxçıvan Beynəlxalq Hava Limanında Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzeni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yola salmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir