İQTİSADİYYAT


“AccessBank”ın “Badamdar” filialının müştərisi “Volkswagen Passat” avtomobilinə sahib olmuşdur

Bakı, 9 aprel (AZƏRTAC). “AccessBank”ın “Şanslı əmanət” uduşlu lotereyasının qalibləri müəyyən olunmuşdur.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, lotereyada bankın 1441 əmanətçisi iştirak etmişdir. Lotereyanın yekunlarına görə, “Badamdar” filialının müştərisi “Volkswagen Passat” avtomobilinin sahibi olmuşdur.

Bundan əlavə, iki ədəd 100 qramlıq 999 əyarlı qızıl külçənin, balansında 500 manat olan yeddi ədəd Visa Gold plastik kartının sahibləri də müəyyən edilmişdir.

Ətraflı məlumatı bankın rəsmi internet saytından və ya bankın facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.