İDMAN


Açıq Avropa kuboku yarışlarında ölkəmizi 12 cüdoçu təmsil edəcək

Açıq Avropa kuboku yarışlarında ölkəmizi 12 cüdoçu təmsil edəcək

Bakı, 6 mart, AZƏRTAC

Martın 11-12-də İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi 12 cüdoçu – Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, Tofiq Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev, İbrahim Əliyev, Zaməddin Poladov (hər üçü 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyev (hər üçü 100 kq) təmsil edəcək.

Turnirdə 37 ölkədən 427 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.