İDMAN


Açıq Avropa kubokunda Azərbaycanın on cüdoçusu mübarizə aparacaq

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 16-da İtaliyanın paytaxtı Romada cüdo üzrə kişilər arasında açıq Avropa kuboku start götürəcək.

AZƏRTAC xəbər verir ki, 49 ölkədən 311 idmançının mübarizə aparacağı turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək. Turnirdə Oruc Vəlizadə, Davud Məmmədsoy, Rövşən Əliyev (60 kq), Tərlan Kərimov, İbrahim Əliyev (66 kq), Fəqan Quluzadə, Afiq Səfərli (81 kq), Qurban Qurbanov (90 kq), Sənan Əhmədov (100 kq), Ayxan Cəfərov (+100 kq) qüvvələrini sınayacaqlar.

Turnirə fevralın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.