İDMAN
Açıq Riqa kuboku yarışlarında on iki stolüstü tennisçimiz mübarizə aparacaq
Bakı, 14 fevral, AZƏRTAC
Sabah Latviyanın paytaxtı Riqada gənclər arasında stolüstü tennis üzrə açıq paytaxt kuboku yarışları start götürəcək.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi qızların yarışında Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Mehriban Dadaşova, Mərziyyə Nürmatova, Arzu Aslanova və Zemfira Mikayılova təmsil edəcəklər. Oğlanların mübarizəsində isə Emin Məmmədov, Məhəmməd İbrahim Ansari, Kənan Pənahov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Hüseyn Eylazov iştirak edəcəklər.
İdmançılarımız beynəlxalq turnirə məşqçi Fərhad İsmayılov və Səbinə Batmanovanın rəhbərliyi ilə qatılacaqlar.
Yarışa fevralın 17-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]