İDMAN


“Açıq əyləncəli futbol məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Cocuq Mərcanlıda keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

AFFA-nın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Açıq əyləncəli futbol məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputat İlham Əliyev, Cəbrayıl rayon gənclər və idman idarəsinin rəisi Emin Məstəliyev iştirak ediblər.

Çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.

Layihə çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Xatırladaq ki, 7-12 yaşlı oğlan və qızların iştirakını nəzərdə tutan bu layihənin əsas məqsədi uşaq futbolunun inkişafına kömək göstərmək, uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzinin təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.