ELM VƏ TƏHSİL
Açıq hökumət prinsiplərinin genişləndirilməsi nəticəsində ölkəmiz böyük uğurlar əldə edib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na dair tələbələr üçün növbəti məlumatlandırıcı tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsinin və plandan irəli gələn tədbirlərin həyata keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.
Prorektor açıq hökumət prinsiplərinin genişləndirilməsi, eləcə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizədə davamlı tədbirlərin görülməsi nəticəsində Azərbaycanın böyük uğurlar əldə etdiyini bildirib.
Sonra ADNSU-nun ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrlə bağlı universitetdə görülən işlər barədə məlumat verib.