İQTİSADİYYAT
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 13-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Fəaliyyət Planının 7-ci hissəsi hasilat sənayesində şəffaflığın artırılmasına həsr edilib. 7-ci hissənin yeni redaksiyasında Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya 2017-2018-ci illərdə beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi üzrə həyata keçirilmiş fəaliyyətlə bağlı hesabatın icraçısı müəyyən olunub.