İQTİSADİYYAT


Açıq məkanda reklam fəaliyyəti ilə bağlı seminar keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti açıq məkanda reklam fəaliyyəti göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirib. Tədbir Dövlət Reklam Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunub.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun nümayəndəsi Firuzə Hüseynova reklam sahəsində sahibkarların, müəssisə və təşkilatların qarşılaşdıqları məsələlər, sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb.

Dövlət Reklam Agentliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri açıq məkan reklamlarında əmtəə nişanından istifadə qaydaları, dil normaları, sistem üzərində hesab-fakturanın əldə edilməsi, reklam yerləşdirilməsinə dair icazə, dövlət rüsumu və ödənilən haqqın məbləği, yayımlanan reklamın formatı və digər məsələlərlə bağlı məlumat veriblər.

Qeyd edək ki, nəqliyyat vasitələrində və telekanallarda reklam sifarişi verən subyektlərin qeyd olunan sahədə maarifləndirilməsi məqsədilə cari il ərzində Dövlət Xidməti tərəfindən müvafiq seminarların keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.