İQTİSADİYYAT
“Açıq məlumatlar” portalının ünvanı dəyişib
Bakı, 23 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Açıq məlumatlar” portalı yeni domen ünvanında - http://www.opendata.az fəaliyyət göstərəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, portalın ünvanının dəyişilməsi ilə bərabər, müvafiq olaraq xidmətlərin API linklərində də dəyişiklik edilib.
Dəyişikliyə uyğun olaraq https://api.opendata.az/v1/json/nrytn/PostIndexRegionByStreetName/28%20May?pretty nümunəsini göstərmək olar.
Sahibkarlıq subyektləri onlara məxsus və qanunvericiliklə açıqlanması qadağan edilməyən məlumatları portalda yerləşdirilməsi üçün təqdim edilə bilər.
Məlumat üçün bildirilib ki, “Açıq məlumatlar” portalı dövlət qurumlarının fəaliyyəti zamanı formalaşan açıq məlumatları vahid məkanda toplayır. Bu məlumatlardan istifadə etməklə səmərəli proqram təminatlarının hazırlanması mümkündür. Bu günə qədər portalda olan məlumatlardan istifadə etməklə 20-yə yaxın mobil əlavə hazırlanaraq vətəndaşların istifadəsinə verilib.
Hazırda portalda məlumat dəstlərinin sayı 655-ə bərabərdir.