REGİONLAR


“Açıq mikrofon" aksiyasında Yevlax sakinlərinin müraciətləri dinlənilib

Bakı, 9 fevral, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin (İB) "Səyyar qəbul otağı" bu dəfə Yevlax rayon sakinlərinin müraciətlərinin dinlənilməsi üçün qurulub.

AZƏRTAC İB-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Açıq mikrofon" aksiyasında sakinlər Rafiq Balakişiyev, Asif Məmmədov və Qədir Məmmədov istehlak edilən qaza görə onlara yazılan debitor borcun yenidən araşdırılmasını istəyiblər. Yevlax rayonunun Aşağı Bucaq kəndindən qatılan Röyal Əkbərov küçə qaz xəttinin çəkilməsini xahiş edib.

Səslənən 15-ə yaxın müraciət arasında 6 saylı uşaq bağçasının qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi kimi məsələlər də yer alıb.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.