CƏMİYYƏT


Əcnəbi könüllülərə sertifikatlar təqdim olunub

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətini başa vuran əcnəbi gənclərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə könüllülərlə təcrübə mühiti ilə bağlı səmimi müzakirə aparılıb. Həmçinin onlara sertifikatlar təqdim olunub. Gənclər öyrəndikləri təcrübənin müvafiq sahələrdə tətbiqində maraqlı olduqlarını vurğulayıblar.

Könüllülük təcrübəsi ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.