CƏMİYYƏT
Əcnəbi qadının hamiləliyi Tibb Universitetinin Cərrahiyyə Klinikasında uğurla başa çatıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasına müraciət edən əcnəbi qadınının hamiləliyi uğurla başa çatıb.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat veriblər.
Doğuşu qəbul edən 1-ci mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovanın məlumatına görə, hamiləlik zamanı qadında bir sıra problemlər meydana çıxıb: “Qadında böyrək daşı xəstəliyi, bakteriyauriya, hipotireoz, vaxtından qabaq doğuş təhlükəsi, dölyanı mayenin vaxtından əvvəl axmasına baxmayaraq, hamiləlik uğurla nəticələnib.
Hamiləliyin 34-cü həftəsində 2,1 kiloqram körpə dünyaya gəlib. Körpə üzərində respirator distress sindromunun profilaktikası aparılıb. Qadın və onun dünyaya gətirdiyi körpə normal vəziyyətdə evə buraxılıb.