CƏMİYYƏT


Əcnəbi tələbələr üçün maarifləndirmə tədbiri keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Gəncə Regional Miqrasiya İdarəsi əcnəbi tələbələr üçün maarifləndirmə tədbiri keçirib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Aqrar Universitetində reallaşan tədbir “Əcnəbi tələbələrin miqrasiya məsələləri ilə bağlı hüquqi prosedurlar çərçivəsində həyata keçirməli olduğu tədbirlər və miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər” mövzusuna həsr olunub.

Tədbirdə DMX-nin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, müvəqqəti yaşamaq üçün icazə barədə geniş məlumat verilib, elektron qeydiyyat qaydaları izah olunub. Bununla yanaşı, əcnəbi tələbələrin qeydiyyat prosedurlarının vaxtında həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.