DÜNYA
Əcnəbi turistlər Çində 73 milyard dollar xərcləyiblər
Pekin, 15 fevral, AZƏRTAC
Ötən il əcnəbilər Çinə 30,54 milyon turist səfəri ediblər ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 4,7 faiz çoxdur.
AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, ötən il ən azı bir gecə Çində qalan əcnəbilərin sayı 23,64 milyon nəfərə çatıb. Əcnəbi turistlər Çində ümumilikdə 73,1 milyard ABŞ dolları xərcləyiblər. Çini ən çox Cənubi Koreya, Yaponiya, ABŞ, Malayziya və Sinqapurdan olan turistlər ziyarət ediblər.
Qeyd edək ki, Çin əcnəbi səyahətçilərə 24 saatlıq vizasız tranzit keçidi imkanı verir. Bundan başqa, 53 ölkənin vətəndaşı 6 sutka ərzində Pekin və Şanxay da daxil olmaqla bir neçə şəhərdə vizasız tranzit qalma imkanından yararlana bilirlər. Çin 20 ölkədən olan turistlərə vizasız 15 gün Xaynan adasında qalmaq hüququ verir.
Ötən il Çinin turizm sektorunda dövriyyə əvvəlki illə müqayisədə 10,5 faiz artaraq 856 milyard dollara çatıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]