CƏMİYYƏT
Əcnəbi vətəndaşın çantasından pul və sənədlərini oğurlayan şəxs yaxalanıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da əcnəbi vətəndaşın çantasından 580 ABŞ dolları, dörd ədəd pasport və üç ədəd doğum haqqında şəhadətnamə oğurlamaqda şübhəli bilinən digər əcnəbi vətəndaş D.Norredine saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları avqustun 31-də rayondakı MMC-lərdən birinə məxsus elektrik yarımstansiyasından dörd top elektrik naqili oğurlayan Gəlmə kənd sakini A.Şirinov, Saatlı rayon sakini N.Alışov və İmişli rayon sakini S.Feyzullayevi yaxalayıblar.
Hər iki faktla bağlı araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]