ELM VƏ TƏHSİL
Əcnəbilər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər
Bakı, 10 avqust, AZƏRTAC
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər
AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuyev deyib.
Xatırladaq ki, bu gün peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada http://qebul.vet.edu.az/ səhifəsindən qeydiyyatdan keçməklə aparılacaq. Müsabiqənin nəticələri avqustun 25-də açıqlanacaq və qəbul olunan namizədlərin mobil nömrələrinə SMS gələcək.