İQTİSADİYYAT


Əcnəbilərin 30,5 faizi tikintidə çalışmaq üçün iş icazələrinə malik olub

Bakı, 21 may, AZƏRTAC

Bu ilin birinci rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1300 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 30,5 faizi tikintidə, 19,5 faizi mədənçıxarma sənayesində, 10,2 faizi emal sənayesində, 9,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi təhsil və 17,5 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 135,9 saat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.