CƏMİYYƏT


Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün tələblər sərtləşdirilir

Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün tələblər sərtləşdirilir

Bakı, 8 fevral, AZƏRTAC

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər iki dəfə artırılır.

Belə ki, daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.

Qeyd edək ki, həmin məbləğlər müvəqqəti yaşamaq icazəsinin alınması üçün 100 min manat məbləğində məqbul hesab edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.