REGİONLAR


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvanın tarixi ilə yaxından tanışlığı təmin edilir

Naxçıvan, 13 mart, AZƏRTAC

Muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları yüksək səviyyədə qorunur, müraciətlərinə vaxtında baxılır, onların Naxçıvanın tarixi, mədəniyyəti və milli adət-ənənələri ilə daha yaxından tanışlığını təmin etmək məqsədilə maarifləndirici tədbirlər təşkil edilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Milli adət-ənənələrimiz” mövzusunda keçirilən növbəti maarifləndirici tədbirdə xidmətin əməkdaşı Şəhanə Seyidova deyib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev “Milli adət-ənənələrimiz” mövzusunda çıxış edərək bildirib ki, min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən əvəzedilməz adət-ənənələr millətimizin keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır. Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr veriblər.

Çıxışda müstəqillik illərində muxtar respublikamızda milli dəyərlərimizin, adət-ənənələrimizin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən bəhs olunub.

Tədbirdə milli adət-ənənələrimizdən bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçılarının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.