DÜNYA


“Acura” 360 min “MDX” markalı avtomobilini geri çağırır

Vaşinqton, 9 aprel, AZƏRTAC

“Honda” şirkətinin lüks brendi olan “Acura” dünyanın hər yerindən özünün 360 min avtomobilinin geri çağırılması barədə elan verib.

AZƏRTAC xəbər verir ki, şirkət avtomobillərin geri çağırılmasının fənərlərdəki qüsurla bağlı olduğunu təsdiqləyir. Bu qüsur nəticəsində su keyfiyyətsiz bərkimə vasitəsilə arxa fənərlərə keçərək elektriklə bağlı problem yarada bilər. Geri çağırılma əsasən 2014-2019-cu illərdə ABŞ-da istehsal edilmiş “MDX” markalarına aiddir.

Şirkətin nümayəndələri, həmçinin bəyan ediblər ki, “Acura” göstərilən qüsurla bağlı qəza və zədələr haqqında heç bir məlumat almayıb. Qeyd olunur ki, avtomobillərin geri çağırılması zamanı “Acura”nın rəsmi dilerləri qüsuru aradan götürəcək, zərurət yaranacağı təqdirdə yenisi quraşdırılacaq.

Bu avtomobillərin qeydiyyatdan keçmiş sahibləri gələn ayın əvvəlində avtomobillərin geri çağırılması barədə rəsmi fərdi bildiriş alacaqlar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsis müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.