İQTİSADİYYAT


Əczaçılıq sahəsində çalışan şirkətlərlə müzakirələr aparılıb

Əczaçılıq sahəsində çalışan şirkətlərlə müzakirələr aparılıb

Bakı, 19 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşlər davam etdirilir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qurumun Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil olunmuş növbəti belə görüş əczaçılıq sahəsində çalışan şirkətlərin və bu sektoru təmsil edən ictimai birliklərin nümayəndələri ilə onlayn formatda keçirilib.

Görüşdə ölkəmizdə əczaçılıq sənayesinin inkişafı, istehsal sahələri üçün vergi təşviqi imkanları, dərman vasitələrinin idxalı, logistika, anbar infrastrukturunun təkmilləşdirilməsi, vaxtı keçmiş dərmanların utilizasiyası, bu proses üzrə xərclərin rəsmiləşdirilməsi, ƏDV güzəştlərinin verilməsi ilə bağlı təkliflər səsləndirilib. Sahibkarların ictimai birlikləri tərəfindən irəli sürülmüş təkliflərə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər baxılması üçün qeydə alınıb.

Dövlət-biznes əməkdaşlığının daha da genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.