CƏMİYYƏT


Ad günü yalnız ildə bir dəfə!

Berlin, 11 sentyabr, AZƏRTAC

Alma, şirin kartof və incə bambukla doldurulmuş və çuğundur şirəsindən hazırlanmış tort-dondurma. AZƏRTAC xəbər verir ki, belə bir hədiyyəni əkiz qardaşlar Pit və Paul ilk ad günündə alıblar.

Doğum gününün səbəbkarları Berlin zooparkında saxlanılır. Hər birinin çəkisi 200 qram olmuş iki panda balası il ərzində böyüyərək 28 kiloqrama çatıb. Onlar təkcə paytaxtın deyil, bütün ölkə sakinlərinin sevimlisinə çevrilib. Uzaq şəhər və kəndlərdən insanlar bu pandaların oyunlarına tamaşa etmək üçün zooparka gəlirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.