ELM VƏ TƏHSİL


Ədalət Muradov: Bu il UNEC-də tələbə qəbul planında nəzərdə tutulmuş yerlərin 98,3 faizi dolub

Bakı, 6 avqust, AZƏRTAC

Builki tələbə qəbulunun ilkin nəticələri göstərir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qəbul planında nəzərdə tutulmuş yerlərin 98,3 faizi dolub.

AZƏRTAC xəbər verir ki, bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində status paylaşıb.

“İnanırıq ki, boş qalan 1,8 faiz yer ikinci mərhələdə öz layiqli sahiblərini tapacaq. Tələbə adını qazanan hər bir gənci təbrik edir, UNEC-i seçən hər bir tələbəyə təşəkkür edirəm. UNEC-i seçənlərin bütün gözləntilərini doğrultmaq üçün həmişə olduğu kimi, bütün səylərimizi səfərbər edəcəyik. Tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edirik! Gözünüz aydın olsun! UNEC ailəsinə xoş gəlmisiniz, əziz birinci kurs tələbələri! Yolunuz açıq olsun...”, - deyə rektor qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.