ELM VƏ TƏHSİL


Ədalət Muradov: Rəqəmsal iqtisadiyyat gəncliyin iqtisadiyyatıdır

Bakı, 13 fevral, AZƏRTAC

Rəqəmsal iqtisadiyyat gəncliyin iqtisadiyyatıdır. Belə ki, gəncliyin potensialının, innovativliyinin reallaşdırılması, müstəqil qərarlar vermək, gələcəyi təmin etmək baxımından rəqəmsal iqtisadiyyat geniş imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikri “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov söyləyib. O bildirib ki, rəqəmsal iqtisadiyyatda gənclər oyun qaydalarını özlərinə uyğun dəyişirlər. Gənclər ətraflarında baş verənlərin müşahidəçilərindən, onları formalaşdıranlara çevrilirlər. Həm də nəzərə almaq lazımdır ki, rəqəmsal iqtisadiyyatın məhsul və xidmətlərinin əsas istehlakçıları məhz gənclərdir.

“Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. İnanıram ki, “Könüllülər ili” rəqəmsal bərabərsizliyi aradan qaldırmağa da mühüm töhfələr verəcək”, - deyə professor Ədalət Muradov qeyd edib.

Xatırladaq ki, “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və “Bir kəmər, bir yol Elm” və Texnologiya Alyansının dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.