CƏMİYYƏT


Ədalət mühakiməsi sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatıb

Bakı, 17 may, AZƏRTAC

Beynəlxalq Prokurorlar Assosiasiyasının və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar işini başa çatdırıb.

Baş Prokurorluğun və Məhkəmə-Hüquq Şurasının AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, tədbir çərçivəsində ekspertlər tərəfindən Avropa İnsan Hüquqları Konvensiyası kontekstində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları, informasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması barədə iştirakçılara ətraflı məlumat verilib. Eləcə də digər mövzularla bağlı ortaya çıxan problemlər və onların həlli yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələlərə yanaşması, prioritetləri və yeni istiqamətləri ətraflı müzakirə edilib.

Seminarda təqdimatlar dinlənilib, praktiki məsələlər müzakirə olunub, iştirakçıların sualları beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.