CƏMİYYƏT


Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti və “SUP” Akselerasiya Mərkəzinin məzunu Vriendly öz virtual platformasında Adam Draper və təşəbbüskarların iştirakı ilə təlim sessiyasını həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüs dünyada akselerasiya mərkəzləri ilə startaplar arasında virtual reallıqda həyata keçirilən ilk tədbirdir. Tədbir üç hissədən ibarət olub: təlimin əsas hissəsi, sual və cavab, seçilmiş startaplar ilə üzbəüz sessiya.

Tədbirdə bildirilib ki, Silikon Vadisi mühitinin dünyanın bütün ekosistemlərindən fərqli olduğu haqqında hər bir startap və investor xəbərdardır. Təlimdə Silikon Vadisində investorlar ilə münasibətləri necə formalaşdırmaq, təşəbbüskarlarla necə işləmək və investisiyanı necə cəlb etmək məsələləri müzakirə olunub.

Qeyd edək ki, Adam Draper tanınmış Silikon Vadisi vençur investorlarından olan milyarder Tim Draperin oğludur. O, həm də virtual reallıq sahəsində ixtisaslaşmış, bu sahə üzrə dünyanın ən güclü akselerasiya mərkəzi hesab edilən Boost VC-nin qurucusu və icraçı direktorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.