ELM VƏ TƏHSİL


“Adam Mitskeviç və Azərbaycan” monoqrafiyası çapdan çıxıb

Bakı, 31 mart, AZƏRTAC

Görkəmli polyak şairi və ictimai xadimi, Polşa ədəbiyyatında romantizmin banisi Adam Mitskeviç öz ölkəsinin tanınmış simalarından biri olmaqla yanaşı, həm də ölməz əsərləri ilə Polşa ədəbiyyatını Şərq motivləri ilə zənginləşdirib. Onun yaradıcılığı ilə geniş mənada Avropa ədəbiyyatında Şərqə doğru yeni üfüqlər açılıb. Əsərləri dünya dillərinə tərcümə olunan Adam Mitskeviç Azərbaycanda da tanınır. Görkəmli polyak şairinin əsərləri dəfələrlə Azərbaycan dilinə tərcümə edilib, haqqında məqalələr yazılıb. Bununla belə, Adam Mitskeviç və Azərbaycan mövzusu sistemli şəkildə araşdırılmayıb. Bu yaxınlarda Azərbaycanda polyak ədəbiyyatının əsas tədqiqatçılarından və təbliğatçılarından biri olan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarovun “Adam Mitskeviç və Azərbaycan” adlı monoqrafik tədqiqatı işıq üzü görüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, əsərin redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçisi həmin institutun böyük elmi işçisi, professor Gülər Abdullabəyovadır.

Nəşrdə görkəmli şair Adam Mitskeviçin həyat və yaradıcılığı ilə əlaqədar bir çox faktlar ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına gətirilib. Bu tədqiqatlar Azərbaycan-polyak ədəbi-mədəni əlaqələrinin araşdırılmasında yeni mərhələ hesab oluna bilər.

Monoqrafiya bu mövzuda yazılmış ilk ümumiləşdirilmiş elmi əsər kimi əhəmiyyətlidir. Nəşr Azərbaycan və polyak xalqlarının dostluğu və həmrəyliyi haqqında da geniş təsəvvür yaratmağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.