CƏMİYYƏT


Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 13 iyun, AZƏRTAC

Gədəbəy rayonunun Qumlu kənd sakini Zamiq Allahverdiyevin iyunun 12-də axşam saatlarında sağ gözünün kəsilmiş göz yarası ilə rayon mərkəzi xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb. O, törətdiyi əməli etiraf edərək Z.Allahverdiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.