MƏDƏNİYYƏT


Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi keçiriləcək

İstanbul, 22 sentyabr, AZƏRTAC 

Türkiyədə 25-ci Adana Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY tərəfindən birgə təşkil olunacaq.

Adana Atatürk Sənət Qalereyasında keçiriləcək mərasimdə Azərbaycan və Türkiyəni təmsil edən kino və teatr xadimlərinin, eləcə də xarici qonaqların iştirakı nəzərdə tutulur. Ölkəmizin TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı, tanınmış kinorejissor Ayaz Salayev və ssenarist Elşad Əliyev milli kinomuzun tarixi barədə iştirakçılara müfəssəl məlumat verəcəklər. Sonra Azərbaycan kinosunun tarixi ilə bağlı sənədli film kinosevərlərin qonağı olacaq.

Festival çərçivəsində Azərbaycan kinosunun tarixini və inkişaf istiqamətlərini əks etdirən fotosərgi qurulacaq, “İçəri şəhər” bədii filmi nümayiş olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.