ELM VƏ TƏHSİL


“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib

Bakı, 18 iyul, AZƏRTAC 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq, ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Akademik bu günə qədər ədəbi cərəyanların az tədqiq olunduğunu bildirib və onların əsaslı şəkildə öyrənilməsinin zəruriliyini vurğulayıb. O, bunun üçün ədəbiyyat tarixinin düzgün dövrləşdirilməsinin önəmli olduğunu deyib. İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatlar aparan Yaşar Qarayev, Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli, Qorxmaz Quliyev kimi alimlərin fəaliyyəti haqqında da məlumat verib. Qeyd edib ki, problemin öyrənilməsi üçün institutda ayrıca Ədəbi cərəyanlar sektoru da açılıb.

Müstəqillik dövrünə qədər Azərbaycan ədəbiyyatında erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların yarandığını deyən akademik hazırda dekadenizm, magik realizm, neorealizm, postmodernizm cərəyanlarının müşahidə olunduğunu qeyd edib.

Tədbirdə, həmçinin institutun şöbə müdiri, professor Tahirə Məmmədin “Divan ədəbiyyatı və ədəbi cərəyanlar problemi” mövzusunda məruzəsi dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.